Diş qıcanmasının səbəbləri və müalicəsi


Digərləri 03 Okt 2019 21:35:00 334 0

Diş qıcanmasının səbəbləri və müalicəsi

Bruksizm (diş qıcanması) gecə yuxuda olan zaman çənənin yığılması ilə dişlərin bir-birini sıxmasıdır. Bruksizmə bütün yaş qruplarında rast gəlmək mümkündür. Xəstəliyin əmələ gəlmə səbəbləri haqqında müxtəlif məlumatlar var.

Son.az medicina.az-a istinadən bildirir ki, bəzi mütəxəssislər dişlərin qıcanmasının sinir sistemi ilə əlaqəli olduğunu qeyd edirlər.

Bir qism mütəxəssislər isə bruksizmin beyin və dişlərin qarşılıqlı əlaqəsindən yaranan problemlər səbəbindən baş verdiyini söyləyirlər.

Bruksizm zamanı baş verən narahatlıqlar:

- Diş ağrıları - Dişlərdə çatlar - Baş ağrıları - Üz əzələlərində ağrılar - Yanaq əzələlərinin boşalması

Bruksizmin baş vermə səbəblərindən ən birincisi stress faktorudur.Uzun müddət yetərincə yatmadıqda da baş verməsi mümkündür. Belə ki, beyin qıcıqlandığı zaman sinir ucları ağız boşluğundakı əzələlərə təsir bu da burksizmi yaradır. Dişlərin qıcanması çeynəmə təbəqəsində aşınmaya, arxa dişlərin çıxıntılarında çatların əmələ gəlməsinə səbəb olur. Bu çatlar isə zamanla böyüyərək diş xəstəliyi meydana gətirir.

(adsgarden = window.adsgarden || []).push({});