Elm adamlarına görə gələcəkdə insanları robotlar idarə edəcək


Digərləri 03 Okt 2019 21:40:00 275 0

Elm adamlarına görə gələcəkdə insanları robotlar idarə edəcək

Professor Devid Levinin fikrincə süni intellekt insanlardan daha sürətli və daha dəqiq qərarlar qəbul edə bilər. Süni intellektin bu xüsusiyyəti üzündən Levy inanır ki, bir gün adi vətəndaşlar onları insanların yox insan kimi idarə edəcək robotları seçəcəklər.

Son.az techland.az-a istinadən bildirir ki, süni intellekt texnologiyaları və ağıllı robotlar mükəmməl sürətlə həyatımıza girməyə davam edir. Bu vəziyyətə bəzi qruplar tərəfindən çətinliklə yanaşılsa da elm adamları süni intellekt və robot texnologiyaları ilə bağlı araşdırmaları həddindən artıq dərəcədə davam etdirməyə qərarlıdırlar. Son açıqlamalar "Bir gün robotlar, dünyaya hakim olacaq." yönündədir.

Robotların bir çox sahədə istifadəsi üçün işlər görülür. Məsələn, bəzi elm adamları robotların yük daşınması üçün işlərini davam etdirir, bəzi elm adamları əsl balıq kimi üzə biləcək bir robot yaradaraq dənizləri araşdırmağı planlaşdırır. Bu araşdırmalar göstərir ki, robotlardan gündəlik həyatın müxtəlif sahələrində istifadə edilə bilər, amma robotların siyasətdə nə edə biləcəyi hələ müəmmalıdır.

(adsgarden = window.adsgarden || []).push({});