Hyundai 45 Frankfurtda debüt edib FOTO


Digərləri 03 Okt 2019 21:01:00 295 0

Hyundai 45 Frankfurtda debüt edib  FOTO

Hyundai şirkəti Frankfurtda keçirilən avtosalonda 45 konseptual hetçbekini nümayiş etdirib. Konsept 45 il bundan öncə debüt etmiş Hyundai Pony Coupe Concept konseptinə həsr edilib.

Yeni konsept kuzov və işıq texnikasının formalarına görə sələfini xatırlatsa da, onun proporsiyaları tamamilə başqadır. Yeri gəlmişkən, 70-ci illərin konsepti ItalDesign studiyası ilə birlikdə yaradılsa da, müasir konsept üzərində Hyundai dizaynerləri özləri çalışıblar. Koreyalılar gələcək elektrokar və pilotsuz nəqliyyat vasitələrinin dizaynını məhz belə görürlər.

Son.az autograph.az-a istinadən bildirir ki, konseptin ön və arxa dayaqlarının maillik bucağının 45 dərəcə olduğu bildirilib. Qabaq qapıların üzərindəki dioddan hazırlanmış zolaqlar avtomobilin batareyasının enerji səviyyəsini göstərir. Bundan başqa, Hyundai 45 dairəvi görüntü sisteminin gizli kameralarına da malikdir. Bu kameralar xüsusi özünütəmizləmə sistemi ilə təchiz ediliblər: çirki təmizləmək üçün kameralar kiçik fırçanın ətrafında fırlanırlar.

Konseptin salonu rəvan döşəməyə, dönən ön oturacaqlara, dəri, parça və ağac şponundan tərtibata malikdir.  Ön paneldəki iri ekranla yanaşı, salonda görüntünü interyer panellərində əks etdirən gizli proyeksiya panelləri də quraşdırılıb. Konseptin texniki hissəsi barədə məlumat verilməyib.

(adsgarden = window.adsgarden || []).push({});