İntim əlaqə bu xəstəliklərin müalicəsində kömək edir –


Digərləri 03 Okt 2019 21:05:00 291 0

İntim əlaqə bu xəstəliklərin müalicəsində kömək edir –

Müntəzəm sağlam, təhlükəsiz cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar, dəyişimlər və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.

Son.az medicina.az-a istinadən seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir.

1.Baş ağrıları

Alimlər baş ağrıyanda intim əlaqədən imtina edənlərlə mübahisə etməyə belə hazırdılar. Çünki məhz baş ağrıdıqda, xüsusən miqren və klaster formalı ağrılarda əksinə aktiv əlaqə faydalıdır. Seksual aktivlik o ağrıları azaldır.

Elmi araşdırmada 300 nəfər daimi miqren və 100 nəfər klaster baş ağrıları olan insanların sorğusunu keçirib. Onlar həmin şəxsrlərdən ağrılar zamanı intim əlaqədə olub-olmamalarını araşdırıb.

Onların əksəriyyəti etiraf edib ki, ağrı tutmaları zamanı o qədər pis olurlar ki, seks hayında deyillər və hətta qəzəblə imtina edirlər. Lakin 30% xəstələr məhz güclü tutmalar zamanı əlaqə olduqlarını və təsirini sınadıqlarını bildirib.

Məlum olub ki, intim əlaqə miqren ağrıları 60% insanda  azalıb, klaster ağrıları isə 40% xəstədə effekt verib. Amma bir qrup insanda  isə seksdən sonra vəziyyətlərinin daha da pis olması qeydə alınıb.

Nəticələr göstərib ki, seks daha çox miqren ağrılarında yaxşı təsir edir, klaster ağrılarını isə əksinə pisləşdirir. Həm də bu effekt hər insanda ağrı dərəcəsinə və orqanizminə görə fərqlidir.

İstənilən halda seks baş ağrıları zamanı insanın fikrini yayındırır və qana adrelin verir. Ona görə dərmanlar kömək etmədikdə, bir dəfə də bunu yoxlayın

2.Qrip və soyuqdəymədə

Seks immuniteti qaldırır. Bunu alimlər araşdırıb. Orqanizmdə xüsusi İgA immunoqlobulin antiteli var.

Məhz bu antitellər yerli immunitetin əsasıdır. Əgər bir insanda İgA aktivdirsə, o az xəstələnir, viruslarla mübarizə aparır.

Təcrübələr göstərib ki, həftədə 2 və daha artıq intim əlaqədə olan insanlarda A klass İgA antiteli 30% yüksək olur. Az və heç məşğul olmayan şəxslərdə isə bu antitel az olur.

Burdan belə nəticə çıxır ki, seks həqiqətən qripə, soyuqdəyməyə qarşı effektivdir, profilaktik təsir edir və immuniteti möhkəmləndirir.

3.Ürəyi qüvvətləndirir

Ürək ritminin dəyişməsi çox gənclərdə baş verir. Ürəyin yığılıb-açılması, qanı vurması nə qədər stabil olsa, bir o qədər ürək-damar sistemi sağlam olur. Alman alimləri 50 kişi və qadını təhlil edib. Onlardan bir qismi mütəmadi sekslə məşğul olub, bir qismi evli idi, digər  qismi isə yalnız masturbasiya məşğul olub.

(adsgarden = window.adsgarden || []).push({});