Turizm şirkətlərinin vasitəçiliyi ilə Azərbaycandan xaricə gedənlərin sayı azalıb (ÖZƏL)


Digərləri 03 Okt 2019 21:01:00 225 0

Turizm şirkətlərinin vasitəçiliyi ilə Azərbaycandan xaricə gedənlərin sayı azalıb (ÖZƏL)

Son 3 ildə Azərbaycanda səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xaricə gedən ölkə vətəndaşlarının sayı azalıb.

Bakı. İlhamə İsabalayeva – Son 3 ildə Azərbaycanda səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xaricə gedən ölkə vətəndaşlarının sayı azalıb. Trend-in məlumatına görə, 2015-ci ildə səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrə gedən turistlərin sayı 59 956 nəfər olduğu halda, 2018-ci ildə onların sayı azalaraq 52 899-a enib. Ötən müddətdə səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə bir sıra ölkələrə gedən turistlərin sayı azalsa da, bəzi ölkələrə gedənlərin sayı artıb. 2015-ci ildə Almaniyaya 1 236 nəfər getdiyi halda, 2018-ci ildə belə turistlərin sayı azalaraq 931 olub. 2015-ci ildə Böyük Britaniyaya 552, 2018-ci ildə 233 , 2015-ci ildə Çexiyaya 592 nəfər, 2018-ci ildə 573, 2015-ci ildə Böyük Britaniyaya 552, 2018-ci ildə 233 nəfər, 2015-ci ildə İspaniyaya 516 nəfər, 2018-ci ildə ldə 211, 2015-ci ildə İtaliyaya 782 , 2018-ci ildə 652 nəfər turist səfər edib.