Bakıda 3 uşaq anasının başını kəsən quldurun məhkəməsində gərginlik
Kriminal 03 Okt 2019 20:44:00 274 0
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Son.az Virtualaz.org-a istinadən bildirir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Kənan Əhmədov 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Mərhumun yaxınları məhkəmə zalında narazılıq ediblər. Onlar qışqıraraq ömürlük cəza tələb ediblər.
Qətlə yetirilən qadının həyat yoldaşı da Kənan Əhmədova ömürlük cəza təyin edilməsini tələb edib.
"3 uşaq yetim qaldı. 30 yaşlı bir qadının başını kəsən şərəfsiz necə azadlığa çıxa bilər. Onlar analarının qatilini 20 ildən sonra azadlıqda görəcək? Bu uşaqlar onu öldürməsin, nə etsin?"- deyə hüquqi varis bildirib.
Məhkəmə zalında olan mərhumun yaxınları etiraz edərək qışqırmağa başlayıblar. Onlar təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr səsləndiriblər.
Hakim prosesi təxirə salmaq məcburiyyətində qalıb.
30 nəfərə yaxın şəxs məhkəmə icraçıları tərəfindən çətinliklə məhkəmə zalından çətinliklə çıxarılıb.