“CinemaPlus”da “Joker” filminin möhtəşəm təqdimatı baş tutdu (FOTO/VİDEO)


Digərləri 03 Okt 2019 20:43:03 240 0

“CinemaPlus”da “Joker” filminin möhtəşəm təqdimatı baş tutdu (FOTO/VİDEO)

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdandır gözlənilən “Joker” filminin təqdimatı keçirilib.

Bakı. “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdandır gözlənilən “Joker” filminin təqdimatı keçirilib. Trend-in məlumatına görə, “CinemaPlus” komandasının iki aydan çoxdur hazırlaşdığı şou öz bəhrəsini verib. Təqdimat zamanı Sehrli Güzgü, Spiner 360, filmlə bağlı maraqlı dekorasiyalar, ləzzətli yeməklər, içkilər və musiqilər qonaqları məmnun edib. Qonaqlar səmimi ortamda əylənən zaman qəfil dörd gözlənilməyən qonaq peyda olub. Bunlar “Joker”in dörd fərqli obrazı idi. Onlar əvvəlcə qonaqları əsir götürsə də, daha sonra hər kəsnən dostlaşıblar. Qeyd edək ki, filmin rejisoru və ssenaristi Todd Fillipsdir. Baş rollarda Xoakin Feniks, Zazi Bitz, Robert De Niro, Frensis Konroy, Brett Kallen və başqaları çəkilib. “Joker”də bütün diqqətlər Xoakin Feniksın üzərindədir. Aktyor roluna hazırlaşmaq üçün möhtəşəm fiziki dəyişiklik etmək məcburiyyətində qalıb. O, xeyli çəki itirib. Bundan başqa, o, üç növ psixopat gülüşünü təqlid etməyi də öyrənib.