Xamenei İran generallarını “böyük hadisələrə” hazırlaşmağa çağırdı


Dünya 03 Okt 2019 20:24:00 258 0

Xamenei İran generallarını “böyük hadisələrə” hazırlaşmağa çağırdı

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanlığı qarşısında çıxış edərək generalları "böyük hadisələrə" hazırlaşmağa çağırıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, "Düşməndən qorxmayın. Ayıq olun və rəqibin potensialını dəqiq qiymətləndirin",- deyə NEWSru.co.saytı İran dövləti başçısından sitat gətirib.

Xameneinin fikrincə, İİKK İran sərhədlərindən kənarda da fəaliyyət göstərməlidir. O, həmçinin İslam Respublikasının nüvə razılaşmalarından mərhələli çıxışını davam etdirəcəyini söyləyib və ABŞ-ın İrana qarşı maksimum təzyiq göstərmə siyasətinin uğursuzluqla nəticələnəcəyini bəyan edib.

"Artıq o, vasitəçilik etmələri üçün Avropadakı dostlarına yalvarmaq məcburiyyətində qalıb",-deyə Xamenei əlavə edib.