Hacıqabulda avtobus piyadanı vurub öldürdü


Digərləri 03 Okt 2019 20:00:00 220 0

Hacıqabulda avtobus piyadanı vurub öldürdü

Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 2-də saat 21 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Sumqayıt şəhər sakini Abdulla Fətullayev idarə etdiyi “DAF” markalı avtobusla yolu keçən 35-40 yaşlı kişini vurmuş və piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.