Türkiyə XİN: Türkdilli ölkələr münasibətləri möhkəmləndirir


Digərləri 03 Okt 2019 20:08:32 221 0

Türkiyə XİN: Türkdilli ölkələr münasibətləri möhkəmləndirir

Türkdilli ölkələr son 10 il ərzində münasibətləri möhkəmləndirməkdə davam edir

Bakı. Rufiz Hafizoğlu - Türkdilli ölkələr son 10 il ərzində münasibətləri möhkəmləndirib və möhkəmləndirməkdə davam edir. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, oktyabrın 3-ü Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında sazişin imzalandığı gün “Türkdilli dövlətlər” günü kimi qeyd olunur: “Birgə mədəniyyət və tarix sayəsində güclənən dost və qardaş türkdilli dövlətlər regionda sülh və çiçəklənməyə töhfə verməyə davam edir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin