5 metrlik piton “Range Rover”in üstünə çıxıb turistlərə hücum etdi


Dünya 03 Okt 2019 18:31:00 246 0

5 metrlik piton “Range Rover”in üstünə çıxıb turistlərə hücum etdi

CAR-ın (Cənubi Afrika Respublikası) Durban şəhərində gəzintiyə çıxan turistlər 5 metrlik piton ilanının hücumuna məruz qalıblar.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, turistlər qumlu ərazidə gəzərkən bir qayığın altında yatan piton görüblər. Onlardan biri pitonun şəkilini çəkərkən, digəri isə ilanın quyruğuna toxunub. Quyruğunun çəkilməsi ilə hərəkətə keçən iri piton "Range Rover" markalı avtomobilin üzərinə çıxıb. Bundan sonra çaxnaşmaya düşən turistlər nəqliyyat vasitələrinə minərək ərazidən uzaqlaşıblar. Afrika qaya pitonu uzaqlaşan avtomobilləri bir müddət izlədikdən sonra, istiqamətini dəyişərək gözdən itib.

Zəhərli olmayan qaya pitonları, şikarına böyük bir güclə sarılaraq öldürür.

(adsgarden = window.adsgarden || []).push({});