Efirdə brilyant üzük qalmaqalı


Şou-biznes 03 Okt 2019 18:44:00 253 0

Efirdə brilyant üzük qalmaqalı

Aşıq Samirə Əliyevanın "5/5" verilişində taxdığı üzük qalmaqala səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi efirdə üzüyün saxta olduğunu söyləyib. Zaur Kamal aksesuarı götürərək, onu studiyada olan qonaqlardan birinə verəcəyini söyləyib. Samirə isə üzüyü musiqiçilər arasında oturan kanon ifaçısına bağışladığını bildirib və onun barmağına taxıb.

Ötən gün yayımlanan verilişdə isə Zaur üzüklə bağlı sirri açıqlayıb. O bildirib ki, Samirə zəng edib, üzüyü geri istədiyini söyləyib:

"Zarafat edirdik, şou idi. Üzüyü geri vermək lazımdır. Dünəndən Samirə yalvarır ki, efirdə utandım, demədim, hədiyyədir, bahalıdır. Bunlar belədir, hədiyyə olduğunu gizlədirlər. Qız da üzüyü götürüb gedib. Telefonuna da zəng çatmır. Tapıb, üzüyü geri alacağıq".