Tərtər sakinini qətlə yetirməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb


Digərləri 03 Okt 2019 18:46:24 200 0

Tərtər sakinini qətlə yetirməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

Tərtər sakinini qətlə yetirməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Bakı. Tərtər sakinini qətlə yetirməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər - Z.Abbaszadə və C.Kərimov saxlanılıblar.