Bitki sağlamlığı sahəsində hazırlanan yeni normativ hüquqi aktların müzakirəsi keçirilib (FOTO)


Digərləri 03 Okt 2019 18:34:00 210 0

Bitki sağlamlığı sahəsində hazırlanan yeni normativ hüquqi aktların müzakirəsi keçirilib (FOTO)

Bitki sağlamlığı sahəsində hazırlanan yeni normativ hüquqi aktların müzakirəsi keçirilib

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Azərbaycanda bitki sağlamlığı sahəsində hazırlanan yeni texniki normativ hüquqi aktların Beynəlxalq Bitki Mühafizə Konvensiyasının (IPPC) “Fitosanitar tədbirlər üzrə beynəlxalq standartları”nın tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə yaradılan Bitki sağlamlığı üzrə işçi qrupun iclası keçirilib. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və işçi qrupun digər üzvlərinin iştirak etdiyi iclasda bildirilib ki, bitki sağlamlığı sahəsində hazırlanan yeni texniki normativ hüquqi aktların hazırlanmasında məqsəd zərərli orqanizmlərlə bağlı risklərin idarə edilməsi işinin təkmilləşdirilməsi, bitkilərin sağlamlığının izlənilməsi və nəzarəti üzrə effektiv sistemin yaradılmasıdır. İclasda çıxış edən AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib ki, müvafiq işçi qrup yaradılmamışdan əvvəl bu sahədə mövcud olan beynəlxalq standarlar təhlil edilib, beynəlxalq standartları özündə əks etdirən normayaratma tədbirləri ilə bağlı təkliflər nəzərə alınıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müşaviri Camal Quliyev “Daşıdığı fitosanitar riskdən asılı olaraq malların risk qruplarına daxil edilməsi” qaydaları barədə ətraflı məlumat verib.