Bakı metrosunda qadınlar arasında olan dava ilə bağlı ARAŞDIRMA aparılır (VİDEO)


Digərləri 03 Okt 2019 18:01:23 285 0

Bakı metrosunda qadınlar arasında olan dava ilə bağlı ARAŞDIRMA aparılır (VİDEO)

Bakı metrosunda baş vermiş insident hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Bakı. Ceyhun Ələkbərov, Samir Əli - Bakı metrosunda qadınlar arasında baş vermiş insident hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı şikayət daxil olmayıb: "Bu kadrların köhnə, ya da təzə olması hələlik məlum deyil və hadisə ilə bağlı heç bir müraciət daxil omayıb. Hazırda metro polisi yayılmış video ilə bağlı araşdırmalar aparır".