XİN Ermənistanın təxribatı nəticəsində Qazaxda mülki şəxsin həlak olmasına münasibət bildirib


Digərləri 03 Okt 2019 18:09:49 216 0

XİN Ermənistanın təxribatı nəticəsində Qazaxda mülki şəxsin həlak olmasına münasibət bildirib

Ermənistan tərəfinin gərginliyin artırılmasına yönəlmiş siyasəti bölgədə sülh və təhlükəsizliyə başlıca maneə təşkil edir

Bakı. Son zamanlar tendensiya halını almış və Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları onu təsdiq edir ki, təəssüf ki, işğalçı ölkənin bəyanat və əməlləri münaqişənin sülh yolu ilə həlli maraqlarına kökündən ziddir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Qazax rayonunda Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə açdığı atəş nəticəsində Azərbaycanlı mülki şəxsin öldürülməsi ilə bağlı Trend-in sorğusuna cavab olaraq deyib. L.Abdullayeva bildirib: "Məlum olduğu kimi, bu ilin 2 oktyabr tarixində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuzu atəşə tutmuşlar. İnsident nəticəsində ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Abışov həlak olub. Ümumiyyətlə, xatırlatmaq istərdik ki, münaqişə ərzində Azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirilməsi Ermənistan silahlı qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini təşkil edib. 1992-ci ildə Xocalıda baş vermiş qanlı qətliam, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azyaşlı uşaqların öldürülməsi halları bunun bariz sübutudur. Son zamanlar tendensiya halını almış və Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları onu təsdiq edir ki, təəssüf ki, işğalçı ölkənin bəyanat və əməlləri münaqişənin sülh yolu ilə həlli maraqlarına kökündən ziddir.