Rusiya XİN: "ATƏTin Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır"


Siyasət 03 Okt 2019 17:55:00 279 0

Rusiya XİN: "ATƏTin Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır"

"ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırırlar".

Son.az Trend-ə istiandən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, dövlətlər arasındakı birbaşa danışıqlar bu dövlətlərin nümayəndələri tərəfindən elan olunacaq:

"Onu deyə bilərəm ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin razılaşdırması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün regiona səfər etməyi planlaşdırırlar. Hələlik tarixlər müəyyənləşdirilir, dəqiq məlumat veriləcək".