Rusiya XİN: ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır


Digərləri 03 Okt 2019 17:46:00 214 0

Rusiya XİN: ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır

ATƏT Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır

Bakı. Ləman Zeynalova - ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırırlar. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. O bildirib ki, dövlətlər arasındakı birbaşa danışıqlar bu dövlətlərin nümayəndələri tərəfindən elan olunacaq: “Onu deyə bilərəm ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin razılaşdırması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün regiona səfər etməyi planlaşdırırlar. Hələlik tarixlər müəyyənləşdirilir, dəqiq məlumat veriləcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin