Bakıda qonşusunu amansızlıqla qətlə yetirən şəxsə


Kriminal 03 Okt 2019 17:34:00 258 0

Bakıda qonşusunu amansızlıqla qətlə yetirən şəxsə

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əhmədov 20 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il aprelin 17-də Xəzər rayonu Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.