Yasamalda qadını qətlə yetirən 3 nəfər həbs edildi


Digərləri 03 Okt 2019 17:31:00 272 0

Yasamalda qadını qətlə yetirən 3 nəfər həbs edildi

Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Bakı. Samir Əli - Paytaxtın hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə daxil olan birgə məlumatda bildirilir, sentyabrın 23-də rayonun Yeni Yasamal-1 yaşayış massivində yerləşən 2 saylı evin 11-ci mənzilində yaşayan 1970-ci il təvəllüdlü Maya Kərimovanın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs – 1987-ci il təvəllüdlü Farid Axundov, 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadə tərəfindən tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb olunublar. Aparılmış istintaq hərəkətləri nəticəsində mərhumun evindən götürülmüş pul və qızıl-zinət əşyaları F.Axundovun yaşadığı mənzildə aşkar edilərək maddi sübut kimi götürülüb.