Məşhur tennisçiyə balıq skeleti bağışlandı - FOTO


İdman 03 Okt 2019 17:21:00 324 0

Məşhur tennisçiyə balıq skeleti bağışlandı - FOTO

Pekində keçirilən tennis turnirində britaniyalı Endi Marrey qeyri-adi hədiyyə alıb.

Goal.az xəbər verir ki, Endiyə balıq skeleti veriblər. Hədiyyəni tennisçiyə azarkeşlərdən biri bağışlayıb:

"Pekində keçirilən turnirdə mənə balıq skeleti bağışladılar. Bəli, belə bir qeyri-adi hədiyyə. İndiyə qədər mənə belə qeyri-adi hədiyyə verilməmişdi. Avropada keçirilən turnirlərdə belə hallar olmur. Burda isə çoxları sənə hədiyyə verirlər ki, evə aparasan”.

Zədədən sonra Pekin turnirində iştirak edən Endi ardıcıl iki qarşılaşmada qalib gəlib.

Çində ona balıq skeleti bağışlayıblar