"Kurtuanın “De Xea sindromu” var"


İdman 03 Okt 2019 16:46:00 314 0

"Kurtuanın “De Xea sindromu” var"

Belçika yığmasının qapıçılar üzrə məşqçisi Ervin Lemmens Real-ın qapıçısı Tibo Kurtua barədə danışıb.

Goal.az xəbər verir ki, o, Kurtuanın fitə basılmasının düzgün olmadığını deyib. Vurğulayıb ki, qapıçı "De Xea sindromu”ndan əziyyət çəkir:

"Onlar Kurtua ilə belə rəftar etməməlidirlər. Tibo xüsusi oğlandır. Bu, ona xas oyun deyil. Adətən, Belçika yığmasında o, möhtəşəm oynayır. Ancaq Real-da "De Xea sindromu”ndan əziyyət çəkir. "Santyaqo Bernabeu” fitə basarkən, bütün komandanın oyununa nəzər salmaq lazımdır, təkcə qapıçının yox. Kurtua əla qapıçıdır”.

Kurtua Real-a 2018-ci ilin yayında Chelsea-dən 35 milyon avroya keçib.