Kibercinayətkar: Pulları oğurlayandan sonra bu üsulu banklara zəng vurub başa saldım


Digərləri 03 Okt 2019 16:46:00 67 0

Kibercinayətkar: Pulları oğurlayandan sonra bu üsulu banklara zəng vurub başa saldım

Bakı Ağır Cinayətlər Məhkəməsində kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzə proses keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzə proses keçirilib. Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs əməlini etiraf edib və özünü qismən təqsirli bilib: "İşsiz və borc içərisində olduğum üçün bu yolla əl atdım. Əvvəlcə bir kartla yoxladım. Gördüm ki, alınır, digərlərində də davam etdim. Məqsədim, sadəcə ehtiyacım olduğu qədər pul götürmək idi. Təxminən 30 min borc var idi. Oğlum da xəstə idi. 40 minə yaxın pul çıxartmağı planlaşdırmışdım ki, qalanı ilə də mən çıxana qədər oğlum yaşaya bilsin". S.Nəzərli deyib ki, hesablardan pulu anasının kartına yükləyib, sonra da nağdlaşdırıb. O, əməliyyatlardan sonra bir müddət Türkiyədə qalıb, daha sonra Azərbaycana qayıdıb və cinayətinin üstünü elə özü açıb: "Gördüm ki, bunlardan xəbər yoxdur. Fikirləşdim ki, bu işi ictimailəşdirim. Ona görə də bu dəfə bank hesablarından ayrı-ayrı şəxslərin mobil nömrələrinə pul köçürdüm. Fikirləşdim ki, bu dəfə səs-küy olar və bank da xəbər tutar. Amma yenə də səs-soraq çıxmadı. Özüm banka zəng elədim. Dedim ki, sizdə belə boşluqlar var və bu problemləri aradan qaldırmalısınız. Onlar mənə inanmadılar. Amma mən onlara ətraflı şəkildə izah elədim. Bir neçə gün sonra Emin adlı bir nəfər mənə zəng elədi. Özünü mənə həmin bankın işçisi kimi təqdim elədi. Amma mənim telefonumda proqram var idi və orada gördüm ki, "Emin BMCMİ" yazılıb. Bildim ki, o, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşıdır. Mən polis əməkdaşı ilə danışdığımı bilirdim, amma bunu büruzə vermədim. Polis əməkdaşı məndən bank işçisi kimi hər şeyi soruşdu və mən də izah elədim. Sonra məni banka görüşə çağırdılar. Ora getdim və hər şeyi izah elədim. Danışanda əvvəlcə mənə inanmırdılar. Amma dediklərimdən, izahımdan sonra mənə inandılar, sonda mənə qarşı haqsızlıq edildi. Çünki məbləğ külli miqdar deyildi. Mənə təkrarən eyni cinayəti törətmək ittihamı veriblər. Onu da bir nömrəyə köçürdüyüm 8 min manata görə. Amma cinayət işi materiallarında da var ki, mən həmin 8 mini özümə yox, tanımadığım, təsadüfi şəxslərə köçürmüşəm. Buna görə də işimi ağırlaşdırıblar. İndi bank da mənə qarşı 39 minlik mülki iddia qaldırıb. Bu da xeyli miqdardır". S.Nəzərli kartların sahibindən "təsdiq kodu" gəlmədən hesabdan necə pul çıxarmasını da izah edib: "Həmin kartlarda əvvəl SMS xidməti, təsdiq kodu yox idi. Bu işdən sonra bank 6 rəqəmli təsdiq kodunu tətbiq etməyə başladı. Birdən-birə varlanmağımın səbəbini ailəmə və yaxınlarıma guya mərc oyunundan udduğumu dedim". S.Nəzərli suallara cavabında deyib ki, bankdan pul çıxardığını ictimailəşdirmək məqsədilə ayır-ayrı şəxslərin, təsadüfi şəxslərin mobil nömrələrinə pul göndərən zaman Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşına da pul göndərib. O, bu addımı məqsədli şəkildə etdiyini deyib: "Hətəm adlı polis əməkdaşının hesabına 250 manat göndərdim. Bilirdim ki, Hətəm bu işi başa düşəcək və biləcək ki, bunu Səddam edib. Elə də oldu". S.Nəzərli bildirib ki, məqsədi, sadəcə, borcunu vermək olub: "40 minə görə burdayam. 390 min olsaydı, nələr olardı. Mənə inamırdılar. Əvvəl zərəri 90 min yazdılar, sonra da 85 min. Axırda da 70 min oldu". Proses davam edəcək.
Röya “Maşın”ın iştirakçılarını tənqid etdi like
  • 03 Okt 16:44  
Şou-biznes Röya “Maşın”ın iştirakçılarını tənqid etdi

Əməkdar artist Röya Ayxan "Maşın" realiti-şousunun iştirakçıl

arrow Ətraflı
Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə etdi like
  • 03 Okt 16:41  
Digərləri Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhəri

arrow Ətraflı
8 ölkənin metroloqları Bakıya toplandı (FOTO) like
  • 03 Okt 16:34  
Digərləri 8 ölkənin metroloqları Bakıya toplandı (FOTO)

Bakıda KOOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin növb

arrow Ətraflı
Gənclərimiz lazımsız seriallara baxırlar like
  • 03 Okt 16:33  
Digərləri Gənclərimiz lazımsız seriallara baxırlar

Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri əhali arasında tibbi ma

arrow Ətraflı
Prezident İlham Əliyev: "Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur" like
  • 03 Okt 16:31  
Siyasət Prezident İlham Əliyev: "Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur"

Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Tr

arrow Ətraflı
“Balaca oğlum “yandım” deyədeyə ağlayırdı” like
  • 03 Okt 16:28  
Digərləri “Balaca oğlum “yandım” deyədeyə ağlayırdı”

Ötən ilin dekabrında 3 azyaşlı uşağın ölümünə səbəb olan Masallıd

arrow Ətraflı
Xəbərdarlıq: Korporativ istifadəçilərə fişinq hücumları artır like
  • 03 Okt 16:25  
Digərləri Xəbərdarlıq: Korporativ istifadəçilərə fişinq hücumları artır

“Kaspersky Lab” fırıldaqçıların elektron ünvanlara səsli mesajlar haq

arrow Ətraflı
Türkiyədə hərbçiləri ildırım vurdu: like
  • 03 Okt 16:24  
Dünya Türkiyədə hərbçiləri ildırım vurdu:

Türkiyənin Ərzincan vilayətində ildırım vurması nəticəsində iki hərb

arrow Ətraflı
Bakıda daha bir küçədə təmir işləri başa çatdı (FOTO) like
  • 03 Okt 16:19  
Digərləri Bakıda daha bir küçədə təmir işləri başa çatdı (FOTO)

Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövl

arrow Ətraflı
Falçı qızın 2 milyonunu aldı və like
  • 03 Okt 16:19  
Dünya Falçı qızın 2 milyonunu aldı və

Moskvada falçı gənc qızdan 2 milyon rubl aldıqdan sonra yoxa çıxıb.

arrow Ətraflı
TAP marşrutu üzrə xəndəklərin qazılması işlərinin like
  • 03 Okt 16:15  
Digərləri TAP marşrutu üzrə xəndəklərin qazılması işlərinin

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kə

arrow Ətraflı
BŞBPİ yol polisinin sürücüdən rüşvət alması videosu ilə bağlı araşdırmalara başladı like
  • 03 Okt 16:13  
Digərləri BŞBPİ yol polisinin sürücüdən rüşvət alması videosu ilə bağlı araşdırmalara başladı

Bakı Şəhər Baş Polis İdarəsi paytaxda Dövlət Yol Polisi əməkdaşları

arrow Ətraflı
Ukraynada qafqazlı kriminal avtoritet öldürüldü like
  • 03 Okt 16:10  
Dünya Ukraynada qafqazlı kriminal avtoritet öldürüldü

Ukrayna polisinin Kiyevdə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində

arrow Ətraflı
Toyda qonaqlar birbirini yandırdılar like
  • 03 Okt 16:05  
Dünya Toyda qonaqlar birbirini yandırdılar

Toyda olan qonaqlar növbə ilə bir-birinin başını likörlə isladaraq yand

arrow Ətraflı