8 ölkənin metroloqları Bakıya toplandı (FOTO)


Digərləri 03 Okt 2019 16:34:37 234 0

8 ölkənin metroloqları Bakıya toplandı (FOTO)

Bakıda KOOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin növbəti iclası keçirilir.

Bakı. Samir Əli - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə Bakıda KOOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin növbəti iclası keçirilir. Trend-in məlumatına görə, oktyabrın 2-də başlanan iclas oktyabrın 4-dək davam edəcək. İclasda KOOMET TK 4 Texniki Komitəsinin 2018-2019-cu ildəki fəaliyyətinə dair hesabat dinləniləcək. Tədbirdə KOOMET Prezidenti Şurasının 23-cü və KOOMET Komitəsinin 29-cu iclasının nəticələri haqqında məlumat veriləcək, eyni zamanda 2018-2020-ci illər üçün TK 4 İş Proqramının icrası və yenilənməsi prespektivləri müzakirə olunacaq. KOOMET Sənədi D5.13 / 2012 "KOOMET Texniki Komitəsi" Məlumat və Təlim "(TK 4) haqqında Yenilənmiş versiyasının müzakirəsi" də həyata keçiriləcək.