“Balaca oğlum “yandım” deyədeyə ağlayırdı”


Digərləri 03 Okt 2019 16:28:00 76 0

“Balaca oğlum “yandım” deyədeyə ağlayırdı”

Ötən ilin dekabrında 3 azyaşlı uşağın ölümünə səbəb olan Masallıdakı partlayış həmin ərəfədə ictimai müzakirələrə səbəb olmuşdu. Hazırda bu iş üzrə məhkəmə prosesi gedir və ittiham olunan 3 şəxsdən biri, rayon üzrə sahə rəisi İdrak Əsədli ölkədən qaçıb. Mühəndis Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev isə həbsdədir.

Son.az xəbər verir ki, qafqazinfo bu işlə bağlı aparılan istintaq nəticəsində hazırlanmış ittiham aktını əldə edib. Cinayət işi materiallarına görə bu hadisə işə cavabdeh olan şəxslərin laqeydliyi nəticəsində baş verib. İstintaq bu şəxslərin əməlinə daha bir ifadə əlavə edib: "işə vicdansız yanaşma".

Onlardan ikisinin anası, birinin isə bibisi olan Günel Kərimova hadisədən öncə və sonra baş verənləri öz ifadəsində ətraflı danışıb. O bildirib ki, əri Rusiyada yaşayıb işlədiyi üçün o, atasının himayəsindədir və 2015-ci ildə onun üçün ayrı ev tikilib: "Evin ikinci mərtəbəsində yaşayırıq, birinci mərtəbədə hələ təmir işləri gedirdi. Bizim kəndimizə qaz xətləri 2016-cı ildə çəkildi, həmin il dekabr ayında rəsmi açılış oldu. Amma açılışdan sonrakı 2-3 ay ərzində ana qaz xəttindən evlərə qazın çəkilişi davam etdi. Bizim evə qaz 2017-ci ilin aprel ayında çəkildi, evdə kombi quraşdırdıq. Ana qaz xətti bizim evin həyət qapısının qarşısından keçirdi. Boru qapının qarşısında yerin altı ilə çəkilib. 2018-ci ilin sentyabr ayından bəri həyətdə kəskin qaz iyi gəlirdi, boruda sızıntı olduğunu hiss etdim. Bu barədə 13 yaşlı oğlum Əli və qardaşım Rauf dəfələrlə 104 xidmətinə zəng edərək məlumat verib, amma heç bir tədbir görülmədi. Partlayışdan 3-4 gün əvvəl yağış yağandan sonra həyət qapısının qarşısında gölməçə yarandı, bu vaxt qaz sızıntısına görə gölməçələrdə suyun qaynadığını, köpükləndiyini gördüm. Həmin gün də Əli 104-ə zəng etdi, onlar isə Əliyə dedilər ki, atası zəng edib məlumat versin. Əli də atasının Rusiyada olduğunu, ona görə də özünün zəng etdiyini dedi. Dekabrın 8-də, hadisə olan gün səhər qardaşım Rauf bir neçə dəfə qaz idarəsinin əməkdaşlarına zəng edərək təkidlə onları gəlib sızıntını aradan qaldırmağa çağırdı. Lakin qəza xidməti texnikaları olmadığı üçün gələ bilməyəcəklərini dedilər. 

Axşamüstü təxminən saat 8-in yarısı qonşuluğumuzda yaşayan qardaşım Raufun oğlu Sənan bizə gəlib Əlidən kitab istədi, onlara çay verdim. Özüm isə namaz qılmağa başladım, uşaqlar oynamaq üçün birinci mərtəbəyə düşdülər. Bir neçə dəqiqə sonra güclü partlayış oldu, özümü itirdim, qaça-qaça aşağı düşdüm. Nə olduğunu başa düşmürdüm, bircə balaca oğlum Məhəmmədin səsini eşidirdim, o, otaqda oturub "yandım" deyə-deyə ağlayırdı. Onu qucağıma götürüb çölə çıxdım, əynindən paltarları çıxartdım. Çöldə gördüm Əli qarşımda dayanıb, ondan nə baş verdiyini soruşdum. Əli dedi ki, otağa girib işığı yandıran kimi partlayış olub. Əlinin bütün bədəni, paltarları yanmışdı, o, partlayışın təsirindən pəncərədən həyətə düşmüşdü. Sənan isə partlayışdan sonra yana-yana küçəyə qaçıb qışqırırdı, onun səsinə küçəyə çıxan atası Rauf və digər qardaşım Namiq Sənanı söndürdülər. Namiq uşaqların üçünü də maşınla xəstəxanaya (Masallı rayon Mərkəzi Xəstəxanası) apardı, həmin gecə də Bakıya gətirildilər".

G.Kərimovanın qardaşı Namiq Kərimov deyib ki, uşaqları xəstəxanaya aparandan 40 dəqiqə sonra həkim gəlib: "Mənə partlayış barədə qardaşım İlkin məlumat verdi, tez maşınla Günelgilə getdim. Mən həyətə çatanda gördüm xeyli adam toplaşıb. Əli ilə Məhəmmədi prostinaya büküb maşına qoydum və xəstəxanay apardım. Yolda olarkən 103-ə zəng edib hazırlıqlı olmalarını, yanıq xəsarətləri ilə iki uşaq gətirdiyimi dedim. Mən uşaqları xəstəxanaya yerləşdirdikdən 40 dəqiqə sonra növbətçi həkim xəstəxanaya gəldi. Həmin vaxta qədər uşaqlara heç bir tibbi yardım göstərilmədi. Bir qədər sonra Sənanı da ora gətirdilər. Növbətçi həkim gəldikdən sonra tibb işçiləri mənə dedilər ki, xəstəxanada bint yoxdur, məni bint almaq üçün göndərdilər. Bint alıb tibb işçilərinə verdim, ondan sonra həkim dedi uşaqların vəziyyəti pisdir. Buna görə də hər üç uşağı Bakıya apardıq".

İstintaq həkimlərin və xəstəxana işçilərinin bu əməlləri ilə bağlı hər hansı araşdırma aparmayıb".

Xəbərdarlıq: Korporativ istifadəçilərə fişinq hücumları artır like
  • 03 Okt 16:25  
Digərləri Xəbərdarlıq: Korporativ istifadəçilərə fişinq hücumları artır

“Kaspersky Lab” fırıldaqçıların elektron ünvanlara səsli mesajlar haq

arrow Ətraflı
Türkiyədə hərbçiləri ildırım vurdu: like
  • 03 Okt 16:24  
Dünya Türkiyədə hərbçiləri ildırım vurdu:

Türkiyənin Ərzincan vilayətində ildırım vurması nəticəsində iki hərb

arrow Ətraflı
Bakıda daha bir küçədə təmir işləri başa çatdı (FOTO) like
  • 03 Okt 16:19  
Digərləri Bakıda daha bir küçədə təmir işləri başa çatdı (FOTO)

Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövl

arrow Ətraflı
Falçı qızın 2 milyonunu aldı və like
  • 03 Okt 16:19  
Dünya Falçı qızın 2 milyonunu aldı və

Moskvada falçı gənc qızdan 2 milyon rubl aldıqdan sonra yoxa çıxıb.

arrow Ətraflı
TAP marşrutu üzrə xəndəklərin qazılması işlərinin like
  • 03 Okt 16:15  
Digərləri TAP marşrutu üzrə xəndəklərin qazılması işlərinin

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kə

arrow Ətraflı
BŞBPİ yol polisinin sürücüdən rüşvət alması videosu ilə bağlı araşdırmalara başladı like
  • 03 Okt 16:13  
Digərləri BŞBPİ yol polisinin sürücüdən rüşvət alması videosu ilə bağlı araşdırmalara başladı

Bakı Şəhər Baş Polis İdarəsi paytaxda Dövlət Yol Polisi əməkdaşları

arrow Ətraflı
Ukraynada qafqazlı kriminal avtoritet öldürüldü like
  • 03 Okt 16:10  
Dünya Ukraynada qafqazlı kriminal avtoritet öldürüldü

Ukrayna polisinin Kiyevdə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində

arrow Ətraflı
Toyda qonaqlar birbirini yandırdılar like
  • 03 Okt 16:05  
Dünya Toyda qonaqlar birbirini yandırdılar

Toyda olan qonaqlar növbə ilə bir-birinin başını likörlə isladaraq yand

arrow Ətraflı
Türkiyədə zirehli hərbi avtomobil aşdı - Yaralılar var like
  • 03 Okt 16:04  
Digərləri Türkiyədə zirehli hərbi avtomobil aşdı - Yaralılar var

Türkiyənin Suriya ilə sərhədində Hatay vilayətində zirehli hərbi avtomo

arrow Ətraflı
Dünya kubokunun qalibi "tay-brek"də müəyyənləşəcək like
  • 03 Okt 16:00  
İdman Dünya kubokunun qalibi "tay-brek"də müəyyənləşəcək

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mans

arrow Ətraflı
Juventus Messini icarəyə götürmək istəyib like
  • 03 Okt 16:00  
İdman Juventus Messini icarəyə götürmək istəyib

Juventus-un sabiq baş məşqçisi Fabio Kapello maraqlı

arrow Ətraflı
Mingəçevirdə polis mayorunu bıçaqlayan 2 nəfər saxlanılıb like
  • 03 Okt 15:57  
Digərləri Mingəçevirdə polis mayorunu bıçaqlayan 2 nəfər saxlanılıb

Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədova bıçaqla yüng

arrow Ətraflı
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub (FOTO) like
  • 03 Okt 15:51  
Digərləri Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub (FOTO)

Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

arrow Ətraflı