Toyda qonaqlar birbirini yandırdılar


Dünya 03 Okt 2019 16:05:00 231 0

Toyda qonaqlar birbirini yandırdılar

Toyda olan qonaqlar növbə ilə bir-birinin başını likörlə isladaraq yandırıb və spirtli içki qəbuluna davam ediblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, şahidlərdən biri tərəfindən çəkilən video "Daily Mail" tərəfindən yayımlanıb.

Kadrlardan köynək və qalstukda olan kişilərin dəyirmi masa ətrafında toplaşdıqları görünür. Saçı yanan qonaqlardan birincisi kokteyl içdikdən sonra digər qonağın saçına od vurur. Sonra isə alovu bir stəkan su ilə söndürür. Hər "iştirakçı" eyni şeyi edir və estafeti özündən sonrakına ötürür. Şahidlər baş verənləri anbaan videoya çəkib və yanğını söndürməyə kömək ediblər.

Təhlükəli "oyun"un videosu sosial şəbəkələrdə sürətlə yayılıb. İzləyicilər bu cür hərəkətlərin ağır nəticələr verə biləcəyinə dair şərhlər veriblər.

(adsgarden = window.adsgarden || []).push({});