Juventus Messini icarəyə götürmək istəyib


İdman 03 Okt 2019 16:00:00 296 0

Juventus Messini icarəyə götürmək istəyib

Juventus-un sabiq baş məşqçisi Fabio Kapello maraqlı açıqlama ilə diqqət çəkib.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis "qoca sinyora"nın onun rəhbərliyi altında olarkən Barcelona-nın lideri Lionel Messi ilə maraqlandığını bildirib.

Kapello onu icarəyə götürməyə çalışdıqlarını vurğulayıb: "Messini ilk dəfə 16 yaşında "Qamper kuboku"nda görmüşdüm. Meydana daxil olandan sonra azarkeşlər inanılmaz dərəcədə həzz aldılar. Raykarda yaxınlaşıb onu icarəyə götürmək istədiyimizi dedim. Həmin vaxt Avropa Birliyi vətəndaşlığı daşımayan 3 oyunçu məsələsində problem yaşayırdılar. Ancaq o mənə bildirdi ki, Barcelona Messiyə bu vətəndaşlığı vermək üçün bir yol tapacaq".

Qeyd edək ki, Fabio Kapello 2004-2006-c illərdə Juventus-u çalışdırıb.