Türkiyədə zirehli hərbi avtomobil aşdı - Yaralılar var


Digərləri 03 Okt 2019 16:04:00 222 0

Türkiyədə zirehli hərbi avtomobil aşdı - Yaralılar var

Türkiyənin Suriya ilə sərhədində Hatay vilayətində zirehli hərbi avtomobil aşıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Suriya ilə sərhədində Hatay vilayətində zirehli hərbi avtomobil aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində 7 hərbçi yaralanıb. Yaralılardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir. Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə ilə bağlı başqa detallar açıqlanmır.