"Baş məşqçi bizə Qarabağ-la oyunla bağlı dedi ki, çox da fikir eləməyin”


İdman 03 Okt 2019 15:39:00 321 0

"Baş məşqçi bizə Qarabağ-la oyunla bağlı dedi ki, çox da fikir eləməyin”

Dudelange-nin futbolçusu Rikardo Delqado Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Qarabağ-la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Delqado, Qarabağ-ın APOEL-dən daha güclü olduğunu deyib:

“Nəzəri cəhətdən biz daha zəif komandayıq. Rəqiblərimizi təəccübləndirəcək gücdəyik. Baş məşqçi bizə dedi ki, çox da fikir eləməyin. O, bu matçlardan həzz almağımızı və əylənməyimizi istəyir.

Çempionatın son oyunundakı qələbə möhtəşəm idi. Amma Qarabağ-la matç tam fərqlidir. Qarabağ APOEL-dən fərqli komandadır. Məncə, Qarabağ daha güclüdür. Bu üzdən, işimiz çətin olacaq. Hamımız bilirik ki, Sevilla qrupun favoritidir. Ancaq işlərimiz yaxşı getsə, mümkün qədər xal qazana bilərik. Qrupdakı vəziyyətimizi də sonda görəcəyik. Hiss edirəm ki, Daniel Sinani qol imkanı əldə etsə, qaçırmayacaq. Komandamızın potensialına inanıram. 90 dəqiqənin sonunda hamımızın əylənəcəyinə ümid edirəm”.

Bu gün keçiriləcək Dudelange – Qarabağ matçı saat 23:00-da start götürəcək.