Millimizin rəqibində futbolçu dəyişikliyi


İdman 03 Okt 2019 14:19:00 263 1

Millimizin rəqibində futbolçu dəyişikliyi

Avro-2020-nin seçmə mərhələsində bu ay Xorvatiya və Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığmasına daha bir oyunçu çağırılıb.

Goal.az-ın Macarıstan mətbuata istinadən yaydığı xəbərə görə, Dunayska-nın yarımmüdafiəçisi Mate Vida komandaya dəvət edilib.

Qeyd edək ki, Macarıstan Avro-2020-nin seçmə mərhələsində oktyabrın 10-da Xorvatiya, 13-də isə millimizlə qarşılaşacaq.