Gürcüstandan gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlandı


Digərləri 03 Okt 2019 14:21:00 276 1

Gürcüstandan gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Opel Astra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlə Göçmrük Komitəsindən Son.az-a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Nəqliyyat vasitəsinin yoxlanması zamanı salonda oturacaqların içərisində və arxa yük bölməsində örtüyün altında gizlədilən 1800 ədəd "Marlbro Filter Plus" markalı siqaret və üzərində "Nemiroff Original" yazılan 4 ədəd 1 litrlik spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.