"Azərbaycanlı qızlar evli kişilərə daha çox meyl göstərir"


Digərləri 03 Okt 2019 14:25:00 267 1

"Azərbaycanlı qızlar evli kişilərə daha çox meyl göstərir"

Azərbaycanlı model Fərid Abdullayev və "Zuhal Topalla izdivac" proqramında tanış olduğu həyat yoldaşı Nagehan Abdullayeva maraqlı açıqlamalar veriblər.

Son.az bildirir ki, azxeber.com-un qonağı olan cütlük sevgi tarixçələri, ailə həyatları haqda danışıblar.   Nagehan deyib ki, bəzi qızlar seriallara o qədər çox baxırlar ki, artıq evli kişilərə meyl salırlar: "Elə bir dövrə gəlmişik ki, artıq qızlara əlində üzük olan, evli kişilər daha cəlbedici gəlir, onlar daha çox evli kişilərə meyl salırlar. Bu da serialların təsirindəndir".   O, həmçinin sosial şəbəkədə onu təhqir etdiklərini də deyib: "Bir dəfə yazmışdılar ki, Allah səni və balanı öldürsün. Polis vasitəsilə o adamı tapdıq. Başladı yalvarmağa ki, məni bağışlayın. Belə şeylər çox olur. Hətta yazılar şərhlərə görə südüm də kəsilib".   Fərid isə Nagehanın çox qısqanc olduğunu deyib.

(adsgarden = window.adsgarden || []).push({});