Qadına maşında təcavüz edən qohumlara ağır cəza verildi


Kriminal 03 Okt 2019 14:16:00 271 1

Qadına maşında təcavüz edən qohumlara ağır cəza verildi

Bakı Apellyasiya Məhkəməsində qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirməkdə və zorlamaqda təqsirləndirilən İntiqam Yunusov və onun xalası oğlu Yaqub Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər ikisinin apellyasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Yunusov və Y.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi "Changan" markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İ.Yunusov və xalası oğlu, Qax rayon sakini Y.Məmmədov saxlanılıblar.