TAP marşrutu üzrə xəndəklərin qazılması işlərinin 99 faizdən çoxu başa çatıb


Digərləri 03 Okt 2019 13:53:00 302 0

TAP marşrutu üzrə xəndəklərin qazılması işlərinin 99 faizdən çoxu başa çatıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) marşrutu üzrə xəndəklərin qazılması işlərinin 99 faizdən çoxu başa çatıb.

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) marşrutu üzrə xəndəklərin qazılması işlərinin 99 faizdən çoxu başa çatıb. Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, TAP layihənin standartlara cavab verməsini təmin etmək məqsədilə podratçılarla iş üçün səhra personalını işə qəbul edir.