"Azərbaycan abidələrinin dağıdılmasına Türk Şurasının üzvləri birgə mövqe sərgiləməlidir"


Siyasət 03 Okt 2019 13:17:00 70 0

"Azərbaycan abidələrinin dağıdılmasına Türk Şurasının üzvləri birgə mövqe sərgiləməlidir"

Bu gün Bakıda "Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi" mövzusunda konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrdən nümayəndələr, rəsmi şəxslər, deputatlar, "beyin mərkəzləri"nin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, türkdilli dövlətlərin vahid təşkilatda birləşməsi ideyası hələ 19-cu əsrin sonlarında yaranmışdı:

"1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bu ideya reallığa çevrilməyə başladı. Hazırda ortaq tarix və ədəbiyyat kitablarının yaradılması barədə qərar qəbul edilib".

F.Şəfiyev qeyd edib ki, iqtisadi sahədə əməkdaşlıq Türk Şurasının xüsusi əhəmiyyət kəsb edən sahələrindəndir:

"Lakin, türk dövlətləri arasında ticarətin həcmi istənilən səviyyədə deyil. Turizm təkcə iqtisadi sahə deyil, eyni zamanda mədəni əlaqələrin gələcək nəsillərə daşınması üçün bir vasitədir və Türk Şurasına üzv dövlətlər bu sahənin inkişafına xüsusi diqqət ayırmalıdırlar".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Şəfiyev bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında maddi-mədəniyyət nümunələrini dağıdırlar. Şuraya üzv dövlətlər bu məsələdə də birgə mövqe sərgiləməlidirlər. Çünki bu abidələr türk xalqlarının ortaq dəyərləridir.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov bildiririb ki, Türk Şurası üzv dövlətlərin arasında münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətli platformadır:

"Şura türk xalqlarının ortaq mədəniyyət və irsinin qorunmasında mühüm rol oynayır. Tarixi İpək Yolunun canlandırılması iqtisadi sahədə əməkdaşlığımızın prioritetlərindən birini təşkil edir".

Nazir müavini Naxçıvan müqaviləsinin türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə bundan sonra da böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Sonra BMTM ilə Türkiyə Xarici İşlər Nazirliyi, BMTM ilə Macarıstan Xarici əlaqələr və Ticarət İnstitutu və BMTM ilə Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutu arasında anlaşma memorandumları imzalanıb.

Tədbir "Türk Şurasının institutlaşmasının qarşısında problemlər və perspektivlər" və "Üzv dövlətlər arasında əməkdaşlığın gələcək perspektivləri" mövzularında panel iclaslarla davam edib. Birinci paneldə çıxış edən Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun prezidenti Günay Əfəndiyeva Türk Şurasının fəaliyyəti barədə ətraflı danışıb. Bildirib ki, hazırda dünyada baş verən qeyri-sabitliyə qarşı birgə mübarizə aparılmalıdır. Türk xalqlarının qədim tarixi, böyük mədəni irsi var. Müasir keşməkeşli dünyada fikir, təcrübə mübadilələrinə ciddi ehtiyac var. Türk xalqları hər zaman sülhün və maariflənmənin tərəfdarı olublar.

Konfrans müzakirələrlə davam edib.

Bakı metrosunda ən uzun eskalator bu stansiyadadır like
  • 03 Okt 13:13  
Digərləri Bakı metrosunda ən uzun eskalator bu stansiyadadır

Bakı Metropolitenində ən uzun eskalatorun uzunluğu 100 metrə qədərdir.

arrow Ətraflı
Sabah Bakıda 28 dərəcə isti olacaq like
  • 03 Okt 13:09  
Digərləri Sabah Bakıda 28 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Həbsdə olan dayısına telefon gətirən bacıoğlu saxlanıldı like
  • 03 Okt 13:04  
Kriminal Həbsdə olan dayısına telefon gətirən bacıoğlu saxlanıldı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-ax

arrow Ətraflı
İraqda etirazlar - 12 ölü, 650 yaralı like
  • 03 Okt 13:04  
Digərləri İraqda etirazlar - 12 ölü, 650 yaralı

İraqın paytaxtı Bağdadda davam edən etiraz aksiyaları zamanı azı 12 nəf

arrow Ətraflı
İİTKM: Azərbaycanda innovasiya strategiyası hazırlanır like
  • 03 Okt 13:02  
Digərləri İİTKM: Azərbaycanda innovasiya strategiyası hazırlanır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, nüfuzlu beynəlxalq

arrow Ətraflı
Bərdədən Bakıya yararsız ət gətirənlər aşkarlanıb (FOTO) like
  • 03 Okt 12:59  
Digərləri Bərdədən Bakıya yararsız ət gətirənlər aşkarlanıb (FOTO)

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə oktyabrın 2-i gecə 23

arrow Ətraflı
20 qızı öldürüb, ürəyini çıxarıb, itlərə yedirib like
  • 03 Okt 12:59  
Dünya 20 qızı öldürüb, ürəyini çıxarıb, itlərə yedirib

Silsilə qətllər törədən cütlüyə 654 illik həbs cəzası verilib.

arrow Ətraflı
Musiqi məktəbində Faiq Sücəddinovla görüş keçirilib  FOTO like
  • 03 Okt 12:55  
Kriminal Musiqi məktəbində Faiq Sücəddinovla görüş keçirilib FOTO

Oktyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçıl

arrow Ətraflı
Körpə qızı ölən azərbaycanlı məşhur müğənni like
  • 03 Okt 12:53  
Şou-biznes Körpə qızı ölən azərbaycanlı məşhur müğənni

Bir zamanların məşhur müğənnisi Şamo İsayev "Şou ATV"nin efir

arrow Ətraflı
Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib like
  • 03 Okt 12:53  
İdman Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib

"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nə

arrow Ətraflı
İİTKM: Azərbaycanda innovasiya strategiyası hazırlanır like
  • 03 Okt 12:52  
Digərləri İİTKM: Azərbaycanda innovasiya strategiyası hazırlanır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, nüfuzlu beynəlxalq

arrow Ətraflı