Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsinə dair dəyirmi masa keçirilib (FOTO)


Digərləri 03 Okt 2019 13:14:00 214 0

Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsinə dair dəyirmi masa keçirilib (FOTO)

KOB sahəsində təcrübə mübadiləsinə həsr olunmuş Dəyirmi Masa keçirilib.

Bakı. Bakı Biznes Mərkəzində Azərbaycan və Rusiyanın kiçik və orta biznes subyektləri arasında əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə, KOB sahəsində təcrübə mübadiləsinə həsr olunmuş Dəyirmi Masa keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, agentliyin təşkilatçılığı ilə keçirilmiş "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa Rusiya Federasiyasının “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalininin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olunub. Tədbirdə Azərbaycan və Rusiya sahibkarları arasında əlaqələrin inkişafında önəmli rol oynayan Azərbaycan-Rusiya İşgüzar Şurasının, sıralarında yüzlərlə iş adamını birləşdirən “Caspian European Club”ın nümayəndələri, eləcə də kənd təsərrüfatı, turizm, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan sahibkarları iştirak ediblər. Dəyirmi masadakı çıxışında Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər, dəstək mexanizmləri, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Agentliyin KOB sahəsində xarici tərəfdaşların, o cümlədən “Opora Rosiia”nın müvafiq sahədə effektiv mexanizmlərin hazırlanması, sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, sahibkarlığın stimullaşdırılması istiqamətlərində təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirilib, əməkdaşlıq imkanlarına dair fikirlərini qeyd edib. “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalinin ölkəmizə səfərindən və hər iki ölkənin KOB-ları arasında elaqələrin inkişafında əhəmiyyətli olacaq dəyirmi masanın təşkilindən məmnunluğunu qeyd edib. "Opora Rossii" təşkilatının fəaliyyəti barədə məlumat verən Aleksandr Kalinin Azərbaycanda təşkilatın nümayəndəliyinin açılması, sahibkarların hər iki qurumun imkanlarından istifadə etməsi və təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb.