20 qızı öldürüb, ürəyini çıxarıb, itlərə yedirib


Dünya 03 Okt 2019 12:59:00 208 0

20 qızı öldürüb, ürəyini çıxarıb, itlərə yedirib

Silsilə qətllər törədən cütlüyə 654 illik həbs cəzası verilib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 20 qadını öldürüb, cəsədlərini parçalayıb, ürəklərini itlərə yedirən kişi ömrünün sonuna qədər həbsxanada qalacaq.

Hadisə Meksikanın Ekatepek vilayətində baş verib. Törətdikləri dəhşətli cinayətlərə görə "Ekatepekin canavarları" adlandırılan 38 yaşlı Juan Carlos Hernandez Bejar və 44 yaşlı Patricia Martinez Bernala ümumilikdə 654 il həbs cəzası veriblər.

Qeyd edək ki, onlar 2018-ci ilin oktyabrında içərisi içalatla dolu olan uşaq arabası sürərkən tutulublar. Onun evinə basqın zamanı onlarla insan sümükləri tapıblar. 44 yaşlı kişi 20 qadını öldürüb, cəsədini parçaladığını etiraf edib.