Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib


İdman 03 Okt 2019 12:53:00 274 0

Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib

"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib.

Goal.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Bu, ötən mövsümlə müqayisədə 10 faiz çoxdur. Arpadarai deyib ki, dünya üzrə 2019-cu ildə Bakıda keçirilən yarışla bağlı 37 mindən çox xəbər dərc olunub və bu məlumatların media dəyəri 131 milyon dollar təşkil edir.