"Maşın" şouda Aysunla aşıq Namiq arasında nə baş verib? "Vallah məni tər basdı..." VİDEO


Şou-biznes 03 Okt 2019 12:50:00 335 0

"Maşın" şouda Aysunla aşıq Namiq arasında nə baş verib?  "Vallah məni tər basdı..."  VİDEO

"Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətinin ikinci günündə maraqlı hadisə baş verib.

Son.az redaktor.az-a istinadla xəbər verir ki, şounun iştirakçıları aşıq Namiq Fərhadoğlu və müğənni Aysun İsmayılova arasında qalmaqal yaşanıb. Buna səbəb isə Namiq Fərhadoğlunun iştirakçılara verdiyi sözü inkar etməsi olub:

"Hər dəfə bir söz deyirsiz. Bundan sonra sizin şəklinizi atacam", - Aysun İsmayılova bildirib.

Namiq Fərhadoğlunun ona cavabı isə daha sərt olub:

"Məni tər basdı. Sənin deyəsən, getməyin gəlib. Bu gün səni yola salaram".

(adsgarden = window.adsgarden || []).push({});