Bərdədə maşın ağaca çırpıldı - 2 ölü


Digərləri 03 Okt 2019 12:34:00 229 0

Bərdədə maşın ağaca çırpıldı - 2 ölü

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqlliyyat hadisəsi baş verib.

Bakı. Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqlliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən həmyerliləri Emin Məmmədov və Elgün Kərimov orada ölüb Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.