Bakıda kürəkən qayınanasını və arvadını döyən şəxs məhkəməyə çıxarılır FOTO


Kriminal 03 Okt 2019 12:23:00 218 0

Bakıda kürəkən qayınanasını və arvadını döyən şəxs məhkəməyə çıxarılır  FOTO

Bakıda həyat yoldaşını və qayınanasını döyərək xəsarət yetirməkdə təqsirli bilinən Elnur Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 

Hakim Zeynəb Axundovanın sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası oktyabr ayının 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə aprel ayında Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində Güladə Abdullayevanın kürəkəni, Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə məlumat daxil olub.

Toplanan materiallar əsasında E.Bayramov şübhəli şəxs qismində saxlanılıb. İzahatında E.Bayramov qeyd edib ki, avqustun 21-də günorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qayınanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evinə gəldiyini bildirib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb, bundan əsəbiləşən E. Bayramov onların yaşadığı ünvana gedib, qayınanasına və həyat yoldaşına fiziki təzyiq göstərərək xəsarət yetirib.