Azərbaycanlı müğənni 40 yaşında öldü FOTO


Digərləri 03 Okt 2019 12:28:12 239 0

Azərbaycanlı müğənni 40 yaşında öldü  FOTO

Onkoloji xəstəlikdən əziyyət çəkən müğənni Lalə Əliyeva vəfat edib.

Son.az baku.ws-ə istinadən bildirir ki, 40 yaşlı ifaçı xəstəliklə apardığı uzun mübarizədə məğlub olub.

Bu barədə L.Əliyevanın yaxınları sosial şəbəkədə yazıblar.

Bakıda doğulan Lalə Əliyeva şanson və estrada janrında oxuyurdu.

O, Bakı Dövlət Universitetinin Hüquq fakultəsini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Kinomediya fakültəsini bitirmişdi.