Telefon "zaryadka"da ikən yuxuya getdi, səhər cəsədi tapıldı


Dünya 03 Okt 2019 12:14:00 311 0

Telefon "zaryadka"da ikən yuxuya getdi, səhər cəsədi tapıldı

Daha bir nəfər telefonla oynayarkən yuxuya getdiyinə görə ölüb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, Taylandda yaşayan 25 yaşlı Sastra Mo-in adlı oğlanı telefon cərəyan mənbəyinə qoşulu olduğu halda yuxuya getdiyinə görə "tok" vurub.

Hadisə Taylandın Chon Buri vilayətində baş verib.

Oğlanın 57 yaşlı bibisi onun otağına girdikdə dəhşətə gəlib. O, qardaşı oğlunun hərəkət etmədiyini gördükdə evə həkim çağırıb.

Hadisə yerinə gələn həkimlər onun elektrik vurması nəticəsində öldüyünü söyləyiblər.