Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüşüb (FOTO)


Digərləri 03 Okt 2019 12:13:00 248 0

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüşüb (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da səfərdə olan nümayəndə heyəti Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) ABŞ-da səfərdə olan nümayəndə heyəti Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirib. Komitədən Trend-ə bildirilib ki, görüşdə onlarla soydaşımız iştirak edib. Tədbiri giriş sözü ilə Komitənin Aparat rəhbəri D.Rəcəbli açıb və sonra DİDK sədrinin birinci müavini V.Hacıyev Azərbaycan dövlətinin diaspor siyasəti barədə məlumat verib və bu siyasətin reallaşmasında ABŞ-dakı Azərbaycan diasporunun böyük rola malik olduğunu diqqətə çatdırıb. Eyni zamanda, DİDK-nin son dövrlərdə fəaliyyətini əks etdirən videotəqdimat olub və Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verilib. Beynəlxalq siyasətin mərkəz nöqtəsi olan Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıların ana vətənlə əlaqələrinin möhkəm olmasının əhəmiyyəti barədə danışılıb. Qeyd olunub ki, son illər burada yaşayan soydaşlarımızın təşkilatlanması yönündə ciddi addımlar atılıb və bu da artıq öz bəhrəsini verir. Görüşdə diaspor nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Daha sonra Azərbaycan Prezidentinin sərəncamına əsasən, Cümhuriyyətin 100 illiyi medalı ilə təltif olunan Tomris Azəri, Zöhrə Şərifi və Əbülfəz Bahaduriyə medallar təqdim olunub. Təltif olunanlar bu yüksək mükafata görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.