"Les Roches International School of Hotel Management"in məzunu hotel meneceri təyin edilib (FOTO)


Digərləri 03 Okt 2019 12:03:10 210 0

"Les Roches International School of Hotel Management"in məzunu hotel meneceri təyin edilib (FOTO)

Les Roches Universiteti Qonaqpərvərlik üzrə dünyanın aparıcı universitetlərindən biridir.

Bakı. Bugünkü həmsöhbətimiz Les Roches Hospitality Universitetinin məzunu və ölkəmizdəki səfiri, 5 ulduz Qalaaltı SPA and Wellness kompleksinə yenicə təyin edilmiş Nazim Süleymanovdur. Nazim bəy, ilk öncə Sizi yeni təyinatınızla bağlı təbrik edirik və işlərinizdə uğurlar arzu edirik. Birinci sualım universitet haqqında olacaq. Niyə görə Siz Les Roches Universitetinə qəbul olmağa qərara gəldiz? Les Roches Universiteti Qonaqpərvərlik üzrə dünyanın aparıcı universitetlərindən biridir. Bu Universitet Sizə təkcə diplom vermir. Burada praktikaya xüsusi diqqət ayrılır. Les Roches Universitetindəki təhsil Sizə dünyanın hər yerlərindən qonaqpərvərlik mütəxəssisləri ilə ünsiyyət yaratmaq, dünyanın müxtəlif ölkələrinə səyahət etmək imkanı verir. Əgər Siz də bu sahə ilə maraqlanırsınızsa, Les Roches Universitetinin Azərbaycandakı rəsmi və eksklüziv nümayəndəsi olan Prime Education Şirkəti ilə əlaqə saxlaya bilərsiniz (prime.edu.az). Onlar Sizə Universitetə qəbul olamqda və vizaya müraciət etməkdə tam ödənişsiz dəstək göstərə bilərlər. 2019-cu ili Sizin üçün uğurlu hesab etmək olar. Uğurlarınızın səbəbini nə ilə izah edə bilərsiniz: İş həyatı ilə bağlı deyilmiş ən dəyərli fikirlərdən birini hər zaman özüm üçün əsas prinsip hesab etmişəm - “Choose a job you love, and you will never have to work a day in your life.”- Konfussiya “Sevdiyiniz işi seçin və həyatınızda bir gün belə işləməyin” mənasına gəlir. İş saatları günümüzün 1/3 hissəsini təşkil edir və bu saatları ən dəyərli insanlardan, ailədən və yaxınlarımızdan kənarda keçiririk. Məhz bu səbəbdən, geri qaytarılması mümkün olmayan bu vaxtı “sevdiyimiz işlə məşqul olmaq” və ya heç olmazsa “gördüyümüz işi sevərək etmək” lazımdır. Bir çox sahibkarlar çıxışı zamanı, Universitetləri yenicə bitirmiş gənclərin dərhal rəhbər vəzifə gözləntiləri olduğunu və aşağı vəzifələrə təyin olunduqları zaman motivasiyalarının olmadığını bildirirlər. Siz bu mövzuda nə düşünürsünüz? 1962-ci il John Kennedy-nin NASA-ya viziti və təmizlik işləri görən şəxslə təsadüfi, lakin tarixə düşən dialoqu barədə yəqin ki eşitmisiniz. Kennedy-nin: “Nə ilə məşqul olursunuz?” sualına, təmizlik işçisi cavab olaraq, “Cənab Prezident, mən insanı aya göndərməyə yardım edirəm”demişdir. Tutduğunuz vəzifənin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, hər bir şəxsin əməyinin çalışdığı şirkət və ümumilikdə cəmiyyət üçün danılmaz əhəmiyyəti vardır. Rəhbər vəzifəyə gedən yolda keçdiyiniz hər bir günü maksimal dəyərləndirin. Bu Sizə həm işin sirrlərini öyrənməkdə, həmçinin ilkin vəzifələrdə çalışan həmkarlarınızın əməyinə düzgün dəyər verməkdə yardım edəcəkdir və Sizi uğurlu Lider olaraq yetişdirəcəkdir. İş axtarışında olan gənclərə uğurlu karyera planlaması ilə bağlı nə məsləhət görərdiniz: Les Roches Universitetində təhsilimizin ilk 2 günü “Özünü kəşf et” mövzusunda idi. Hesab edirəm ki, insan ilk öncə özünü dəyərləndirməli və bilik/bacarıq/şəxsi keyfiyyətlərinə uyğun bir sahə seçməlidir. Bunun üçün çox sayda online resurslar mövcuddur. Nümunə olaraq www.16personalities.com website-da testdən keçərək özünüz haqqında yetərli informasiya əldə edə bilərsiniz. Bu sizə nəinki iş həyatında, həmçinin şəxsi həyatınızda, o cümlədən güclü və zəif tərəflərinizi tanımaqda yardım edəcəkdir. Bundan əlavə, müasir cəmiyyətimizdə reklam çarxlarının təsiri nəticəsində insanlar hər hansı bir brendin məhsuluna sahib olduğu zaman özlərini daha xoşbəxt və daha əmin hiss edirlər. Bu hər hansı aksessuar və ya elektron əşya ola bilər. Müsbət hal odur ki, bu əşyaların əldə edilməsi üçün qısa müddətli də olsa, insanların qarşısında hədəf yaranır və bunun üçün müəyyən bir yol keçilir. Mənfi hal budur ki, bu süni stimullar insanlarda müxtəlif komplekslərə səbəb olur və digər məqsədyönlü fəaliyyətlərdən yayındırır. Məqsədyönlü fəaliyyət olaraq, sevdiyiniz və heyatınızı bağlamaq istədiyiniz sahə üzrə təhsil almaq, maariflənmək lazımdır. Məhz “Bilik” hər bir insan üçün qürur mənbəyi və xoşbəxt həyat üçün dəstək olmalıdır.