“Qadının açıqsaçıq geyinməyinin dində cəzası yoxdur"


Digərləri 03 Okt 2019 12:00:00 258 0

“Qadının açıqsaçıq geyinməyinin dində cəzası yoxdur"

İnsan var olduğundan inanclar həyatının bir parçası olub. Bəzən bunlar batil olsa da, ara-sıra ifrat dərəcəsinə qədər yol ala bilir. Nədir bu deyimlər, inanclar? 

Bu sualla ilahiyyatçı Elşad Miriyə müraciət etdik. 

Son.az xəbər verir ki, ilahiyyatçı ölkə.az-ın boş inanclarla bağlı suallarına maraqlı cavablar verib.

- Elşad bəy, müxtəlif zamanlarda mediaya verdiyiniz açıqlamalar geniş rezonansa səbəb olub. Bunu xüsusən də müxtəlif inanclar və adətlər haqqında demək olar. Elə bu dəfə də mövzumuz xüsusən inanclarla bağlıdır. Məsələn, bəzi insanlar düşünürlər ki, boş vedrə ilə onların qarşısına kimsə çıxsa, işləri düz gətirməyəcək. 

- (gülür) Söz tapa bilmirəm. Sizə bir şey deyim, bu cür mövhümat xarakterli məsələlər dindən uzaq qaldıqca yaranır. İnsanlar əsl dindən, "Quran"dan uzaq qaldıqca bu cür yanlışlıqlara sürüklənirlər. Allahın kitabı qalır bir yana, insanlar özləri üçün din anlayışı yaradır. 

- Başqa bir inanca görə, gecə vaxtı borca pul vermək olmaz...

-Yaxşı, bəs kiməsə təcili lazımdırsa, əməliyyata girəcəksə, necə olacaq? Bunlar elə bil bank sektorudu, axşam saat 6-dan sora işləmirlər (gülür). Özünüz düşünün.

- Sol əllə yemək yemək olarmı?

-Hətta bununla bağlı belə bir şey uydurublar ki, bir gün peyğəmbər sol əllə yemək yeyən insan görüb və ona bəddua edib. Yaxşı, bir adam solaxaydısa, nə etsin, ac qalsın?

- May ayında toy məsələsi necə? Həqiqətənmi bu ayda toy etmək olmaz?

- İslam təqvimində ümümiyyətlə, may adında ay yoxdu. Bu sonradan rusların inanclarına görə, ortaya çıxmış bir məsələdir.

- Qara pişik qarşından keçdisə, işlərin uğursuz olacaq. Bu inanca nə deyirsiniz?

- Sizə belə bir şey deyim. Yaxşı bəs qaradərili bir insanın qarşısından ağ pişik keçsə necə? Mənim fikrimcə, bu, irqi ayrı-seçkilik salmaqdı. Boş inancdır.

- Süpürgə ayağına dəydisə, tüpürmək lazımdırmı? 

-  Bəs tozsoran ayaqlarına dəysə, görəsən hara tüpürəcəklər? 

- Gecə güzgüyə baxmaq necə, deyirlər olmaz. Doğurdanmı bu, belədir?

- Bəli, düzdü. Çirkin adamlar gecə güzgüyə baxsalar, özlərindən qorxa bilərlər (gülür). 

- Qırxı çıxmamış uşağın üstünə gəlmək olmaz fikri ilə razısınızmı? 

- Bilirsiniz, mən bu haqda həkimlərdən soruşmuşam. Onlar qeyd edirlər ki, təzə doğulan uşaqların immuniteti zəif olduğu üçün qıraqdan gələn mikroblara tez yoluxa bilərlər. Bunun dinlə heç bir əlaqəsi yoxdur. 

- Yəni deyirsiniz ki, bu məsələ daha çox tibblə əlaqəlidir?

- Əlbəttə. Fikir versək, çox şeylərin tibb ilə əlaqəsi var. Ancaq bir var elmi tibb, bir də var türkəçarə, batil, boş tibb. Əsaslanma ancaq elmi tibbə olmalıdır.

(adsgarden = window.adsgarden || []).push({});