Çindəki Azərbaycan diasporunun nümayəndələri ADU-da olublar (FOTO)


Digərləri 03 Okt 2019 11:12:00 206 0

Çindəki Azərbaycan diasporunun nümayəndələri ADU-da olublar (FOTO)

Konfutsi İnstitutunda Çindəki Azərbaycan diasporunun nümayəndələri, millətlərarası Azərbaycan-Çin ailəsinin üzvləri ilə görüş keçirilib.

Bakı. Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çindəki Azərbaycan diasporunun nümayəndələri, millətlərarası Azərbaycan-Çin ailəsinin üzvləri – Pərvanə Kazımova, Çində anadan olmuş oğulları Elcan və Elşən ilə görüş keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, P.Kazımova artıq on ildən çoxdur ki, Dalian şəhərinin aparıcı universitetlərinin magistraturasında, sonra isə doktoranturasında təhsil alaraq, ailəsinin Çinin ictimai həyatında iştirakından, övladlarının həm Azərbaycan adət-ənənələri ruhunda tərbiyə olunmasından, həm də Çinli həyat yoldaşının mədəni irsinə hörmətindən danışıb. Belə ki, Çin orta məktəbini bitirən Elcan və Elşən Kazımov dəfələrlə televiziya musiqi müsabiqələrində və proqramlarında iştirak edib, Azərbaycan və Çin dillərində mahnılar ifa ediblər. ADU Konfutsi İnstitutnun direktoru Rafiq Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.