Bu rayonda qaz olmayacaq


Digərləri 03 Okt 2019 11:01:00 246 0

Bu rayonda qaz olmayacaq

Bu gün ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, saat 14:00-dan 16:00-dək 2 saat müddətinə Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Saat 14:00-dan 18:00-dək isə "Qazax" ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.