SumqayıtBakı sürət qatarında PROBLEM YARANDI


Digərləri 03 Okt 2019 10:26:00 232 0

SumqayıtBakı sürət qatarında PROBLEM YARANDI

Bu gün səhər saatlarında yenə Bakı-Sumqayıt sürət qatarı sərnişinləri pis vəziyyətdə qoyub. Son.az baku.ws-ə istinadən xəbər verir ki, Sumqayıtdan Bakıya gələn qatarların hərəkətində ləngimələr müşahidə olunub. Belə ki, Biləcəri stansiyasından saat 07:42-də yola düşən qatar 6 dəqiqə, Biləcəri stansiyasından 08:14-də yola düşən qatar isə 40 dəqiqə gecikib. Qatardan istifadə edən sərnişinlər isə gecikmələrə görə olduqca məyus olublar. Bəziləri isə bu hala etirazlarını bildiriblər. Qeyd edək ki, qatar yolboyu çox yavaş hərəkət edib.