Sürücülük vəsiqələri smartfonlarda olacaq


Dünya 03 Okt 2019 10:56:00 224 0

Sürücülük vəsiqələri smartfonlarda olacaq

Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov deyib.

O bildirib ki, təşəbbüsə əsasən, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb.

Qeyd olunur ki, elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq.

(adsgarden = window.adsgarden || []).push({});